CNN Azərbaycan futbolundan danışdı

CNN Azərbaycan futbolundan danışdı
MEDİA
11:50 18.11.2011
2135

Dünyanın tanınmış televiziya kanallarından olan CNN televiziyasında bu həftə ərzində Azərbaycan haqda silsilə süjetlər yayımlanır. AZXEBER.COM-un AFFA-ya istinadən verdiyi məlumata görə, verilişdə FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 ilə bağlı noyabrın əvvəllərində Azərbaycana gəlmiş FİFA-nın geniş tərkibli nümayəndə heyəti barədə məlumat verilib, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının məşq prosesindən çəkilmiş kadrlar göstərilib, yığmanın üzvlərinin müsahibələri yer alıb. Bundan əlavə, CNN televiziyasının AFFA-nın baş katibi Elxan Məmmədovdan aldığı müsahibə də yayımlanıb. Xatırladaq ki, CNN televiziyasında Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə hazırlanmış tədbirlərdən, həmçinin AFFA Futbol mərkəzindəki “Dalğa Arena”nın açılış mərasimindən hazırlanmış süjetlər də nümayiş etdirilmişdi.

OXŞAR XƏBƏRLƏR