CNN: İsrail İranın nüvə obyektlərinə hücum etməyə hazırlaşır

CNN: İsrail İranın nüvə obyektlərinə hücum etməyə hazırlaşır
DÜNYA
11:50 21.05.2025
320
CNN iddia edib ki, ABŞ İsrailin İranın nüvə obyektlərinə hücum edə biləcəyinə dair yeni kəşfiyyat məlumatları əldə edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, CNN-in məsələdən xəbəri olan ABŞ rəsmilərinə istinadən verdiyi xəbərə görə, İran və ABŞ arasında nüvə danışıqları davam etdiyi bir vaxtda İsrailin İrana hücuma hazırlaşdığı iddia edilir.

Rəsmilər bildiriblər ki, Tehran və Vaşinqton arasında nüvə danışıqlarının nəticələrinə əsasən İsrail çox güman ki, hücuma keçəcək.

"İsrailin İranın nüvə obyektlərinə hücumu ehtimalı xeyli artıb”, - deyə rəsmilərdən biri bildirib.

Rəsmi həmçinin təklif edib ki, ABŞ İrana uranı zənginləşdirməyə icazə verərsə, İsrailin hücumu ehtimalı artır.

Digər tərəfdən İsrailli bir mənbə ABŞ-ın İranla İsrailin qəbul edə bilməyəcəyi "pis sövdələşmə” edəcəyi təqdirdə İsrailin hərbi addım atmağa hazır olduğunu bildirib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR