CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi

CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
DÜNYA
14:45 03.03.2026
288
İsrailin Tel-Əviv şəhərindən canlı yayım edən Türkiyənin CNN Türk telekanalının müxbiri Emrah Çakmak və operator Halil Kahraman saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, CNN Türk canlı yayım zamanı müxbirlərinin İsrail əsgərləri tərəfindən müdaxiləsinin görüntülərini paylaşıb.
 
İsrail əsgərləri canlı yayım zamanı türk jurnalistlərin telefonlarını müsadirə ediblər.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhaneddin Duran da Emrah Çakmak və Halil Kahramanların İsrail əsgərləri tərəfindən saxlanıldığını təsdiqləyib.
 
O jurnalistlərin saxlanılmasına X hesabı vasitəsilə reaksiya verib:

"Həqiqəti gizlətmək üçün İsrailin mətbuata qarşı daha bir hücumu ilə üzləşirik. CNN Türk müxbiri Emrah Çakmak və operator Halil Kahramanın İsraildə saxlanıldığını öyrəndim. Jurnalist həmkarlarımızın dərhal azadlığa buraxılması üçün lazımi addımları atırıq və məsələni həssaslıqla izləyirik."

OXŞAR XƏBƏRLƏR