ABŞ-ın sabiq prezidenti Co Baydenə aqressiv xərçəng diaqnozu qoyulub.
Bu haqda "The New York Times" mənbələrə istinadən məlumat yayıb.
Siyasətçinin komandası bildirib ki, Bayden keçən həftə sidik problemləri ilə bağlı müayinə olunub. Müayinə zamanı Baydenə sümüklərə metastaz verən prostat xərçəngi diaqnozu qoyulub.
Xərçəng aqressivdir, lakin həkimlər onun müalicə oluna biləcəyinə inanırlar. Baydenin ailə üzvləri indi müalicə variantlarını nəzərdən keçirir.
///Apa