‘Coca-cola’ qiymətləri qaldırdı – QİYMƏTLƏR

‘Coca-cola’ qiymətləri qaldırdı – QİYMƏTLƏR
Bütün Xəbərlər
11:14 20.03.2012
3602

Azərbaycanda «Coca-Cola» içkilərinin satış qiymətləri artırılıb.

AZXEBER.COM-un "oxumeni"yə istinadən verdiyi xəbərə görə, ölkədə alkoqolsuz içkilərin ən böyük istehsalçılarından biri olan «Azerbaijan Coca-Cola Bottler Ltd.» şirkəti istehsal etdiyi məhsulların qiymətini qaldırdığını rəsmən bəyan edib. Şirkətin qiymətlərin dəyişməsi barədə rəsmi açıqlamasına görə, bahalaşma şirkətin buraxdığı «Coca-Cola», «Fanta» və «Sprite» içkilərinə aid olacaq.

Məlumatda bildirilir ki, qiymətlərin artırılması son illər ərzində məhsulların maya dəyərinin yüksəlməsi ilə əlaqədardır: «Son 4 il ərzində istehsalda maya dəyərinin əhəmiyyətli dərəcədə yüksəlməsi ilə əlaqədar olaraq «Coca-Cola», «Fanta», «Sprite» PET 1L, PET 2L məhsullarımızın qiymətini artırmağa məcburuq», - deyə məlumatda bildirilir.Bahalaşma adı çəkilən içkilərin 1 və 2 litrlik qablaşdırmasına aid olacaq. Nəticədə, aprelin 16-dan etibarən 1 litrlik içkilərin qiyməti 50 qəpikdən 60 qəpiyə, 2 litrliklərin qiyməti isə 80 qəpikdən 90 qəpiyə qaldırılacaq.

OXŞAR XƏBƏRLƏR