"Coca-Cola"dan AFFA-ya 1,75 milyon dollar

İDMAN
10:16 22.06.2011
1936
Mərasimdə AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, 5 illik müqavilə çərçivəsində AFFA və "Coca-Cola" şirkəti iki layihə - "U-13 Coca-Cola Liqası" və "Coca-Cola Məktəbli kuboku" üzrə əməkdaşlıq edəcək.

Məmmədov qeyd edib ki, "Coca-Cola" kimi böyük şirkətin Azərbaycanda məhz uşaq futbolunun inkişafına yardım etmək təşəbbüsü sevindiricidir.

Müqavilə müddəti ərzində "Coca-Cola Bottlers Ltd" tərəfindən AFFA-ya nəzərdə tutulan layihələr üçün 1,75 milyon ABŞ dolları məbləğində vəsait köçürüləcək.

OXŞAR XƏBƏRLƏR