Con Terri “Çelsi” klubunun səhmlərini almaq istəyir

İDMAN
18:20 20.09.2023
163
İngiltərə millisinin sabiq futbolçusu Con Terri vaxtilə kapitanı olduğu "Çelsi” klubunun səhmlərini almaq istəyir.

Mütəxəssisin nümayəndələri bununla bağlı danışıqlara başlayıblar.

Terri London təmsilçisinin səhmlərinin 10 faizinə sahib çıxmaq arzusunu dilə gətirib. O, bir müddət əvvəl Səudiyyə Ərəbistanının "Əl-Şabab” klubunun baş məşqçisi olmaq təklifini rədd edib.

Qeyd edək ki, Con Terri 1998-2017-ci illərdə "Çelsi”nin formasını geyinib.
 

OXŞAR XƏBƏRLƏR