02:07 çərşənbə Axşamı, 17 Sentyabr 2019
SİYASƏT

Conun əlindən yeyilən bir qab xörək: Yaxud, “payıza qalanlar” haqda ballada...

23:58, 25.08.20198516
Conun əlindən yeyilən bir qab xörək: Yaxud, “payıza qalanlar” haqda ballada...
Emil Məmmədov 
 
1993-cü ilin yayında təsadüfən sahibləndikləri hakimiyyəti mövcud şərtlərin diqtəsi altında təhvil verməyə məcbur olan qüvvələrin həmin isti yay günlərindən başlayan əbədi müxalifətçiliyi davam etməkdədir. Üstündən 26 il ötüb, bu qüvvələr hələ də revanş hissiylə alışıb-yanır. Ötən illər ərzində həm beynəlxalq, həm də daxili siyasətdə çox dəngələr dəyişsə də bu müxalifətin "mübarizə üsulları” dəyişməz qalıb.

Həmin "mübarizə üsulları” isə demoqogiya, pafos və siyasi naşılıqla müşahidə olunur. Onların siyasətdəki naşılıqlarına görə çox qurbanlar verilib. Bütün ömrünü və gəncliyini "bəlkə də qaytardılar” kimi utopiyaya həsr edənlər indi taqətsiz qoca-qarılara çevrilib. Onlar bir az da vaxtsız qocaldılar, həyatlarının ən enerjili illərini demoqogiyaya həsr edənlərin təəssüfünə tez-tez şahidlik edirik. Kədərlidir, amma acı reallıqdır.

Kədərli acı reallıq həm də odur ki, bu siyasət naşıları bu illər ərzində öz qurbanlarını nəsilbənəsil dəyişiblər. Hazırda onların təsirində olan onlarla gəncin indidən görünən faciəsi isə ürəkağrıdıcıdır.Onları nə gözləyir: ümidlərin puç olması, xəyanət, həbs və...ən yaxşı halda sığınacaq ala biləcəkləri halda hansısa Qərb ölkəsindəki qaçqınlar üçün salınmış kamplar, Conun əlindən alınıb yeyiləcək bir qab xörək...

Gerisi bəllidir, feyzbukda peşmançılıq dolu statuslar, onları aldadanlara oxunan lənətlər! Amma bundan qabaqkı nəsillərə fayda vermədiyi kimi bu lənətlər və peşmançılıq onlara da fayda verməyəcək.

Baş ağrıdan "çax-çax”lara əhəmiyyət belə vermədən "Müxalifət dəyirmanı” yenə öz işində olacaq: Axı yeni qurbanlar tapmaq həmişə mümkündür və uzun illərin təcrübəsi bunu müxalifət üçün ən asan işə çevirib.

Görünən odur ki, "müxalifətin Milli Şura qanadının Əli Kərimli lələyi” protest elektoratına "format vermək” məqsədilə yenə ənənəvi üsuldan istifadə edəcək. Hər ilin yayında olduğu kimi bugünlərdə də "payızda böyük dəyişikliklər edəcəyik” təbliğatını işə salıblar. Əli Kərimlinin mütəşəkkil troll dəstəsi sosial şəbəkələrdə iş başındadır, öz aləmlərində payıza hazırlaşırlar. Amma unudurlar ki, Əli Kərimli özünün "zirvədə” olan vaxtlarında belə "Məhsul” stadionuna 5 mindən yuxarı adam toplaya bilməyib. Amma təsəvvür edək ki, məsələn müğənni Röya sosial şəbəkələrdə heç bir xüsusi təbliğat aparmadan, yalnız bir elanla istənilən meydana 20 min fanatını çıxara bilər və bilir!

Yəni, xalq doğrudan da hakimiyyətdən ciddi şəkildə narazlıdırsa, ölkədə sizin iddia etdiyiniz kimi "inqilabi sitiuasiya” yetişibsə hardadır, o narazılar? Onları biz niyə görmürük? Onlar niyə meydanları doldurmur?

Təbii ki, bütün bunlar müxalifətin mövcudluğunu qorumaq naminə illərdir istifadə etdikləri tryuklardır. Sadəcə "payız qımıldaması” ilə həm elektorata "biz mübarizə aparırıq” mesajını verir, həm də xarici donorlarından payız xərcliyi qopartmağı düşünürlər.

Heç xeyirli olmasın!
XƏBƏR LENTİ