"COP29-a Azərbaycanın ev sahibliyi etməsi İlham Əliyevin növbəti qələbələrindən biridir"

"COP29-a Azərbaycanın ev sahibliyi etməsi İlham Əliyevin növbəti qələbələrindən biridir"
SİYASƏT
10:10 25.05.2024
242
Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP) bu dəfə noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək. Konvensiyanın ali məqsədi iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab oluna bilən bütün müdaxilələrin qarşısını almaqdır.

İndiyə qədər Azərbaycanda yüksək  səviyyədə bir çox beynəlxalq tədbirlər keçirilib. Azərbaycan dörd il Qoşulmama Hərəkatına sədrlik edib. Sədrlik zamanı respublikamız Hərəkatın bir çox üzvləri ilə məhsuldar münasibətlər qurub. 

Azərbaycan Prezidenti cənab İlham Əliyev aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxış edərək qeyd etmişdir: "120 ölkəni birləşdirən Hərəkata, yəni Qoşulmama Hərəkatına bir neçə il sədrlik etdik. Biz yekdil qərarla seçildik və sədrliyimiz yekdil qərarla bir il də uzadıldı. Azərbaycanın sədrliyi COVİD-19-a təsadüf etdiyindən Azərbaycan 80-dən çox ölkəyə humanitar, maliyyə və texniki yardım göstərdi. Ümid edirəm ki, həmin beynəlxalq platforma bizə Qlobal Cənub ölkələrini ümumi gündəliyə əlavə etmək imkanını yaradacaq. Eyni zamanda bir çox Avropa ölkələri ilə münasibətlər uğurla inkişaf edir. Avropanın doqquz üzvü ilə Azərbaycan "Strateji Tərəfdaşlıq” haqqında razılaşmalar və bəyannamələr imzalayıb, yaxud qəbul edib. Ümidvaram ki, həmin beynəlxalq əlaqələr bizə həmrəyliyi gücləndirməyə imkan verəcək. Bizə məhz bu lazımdır. Bizə maliyyə lazımdır. Bizə həmrəylik lazımdır və bizə ortaq məsuliyyət lazımdır”. 

Lakin onu da qeyd etmək lazımdır ki, COP-29 iştirakçı sayına və miqyasına görə Azərbaycanın indiyə qədər ev sahibliyi etdiyi ən böyük beynəlxalq tədbirdir. Belə ki, Bakıya həmin vaxt dünyanın demək olar ki, hər yerindən 100 minə yaxın nümayəndənin, eyni zamanda qonaqların, turistlərin  gəlməsi gözlənilir. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir. Onu da qeyd edək ki, COP29-a ev sahibliyi etmək üçün Azərbaycanla birgə Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürmüşdülər. Lakin ötən ilin dekabr ayının 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Sonra isə Bolqarıstan da öz namizədliyini ərizə ilə müraciət edərək geri götürüb.
COP-29 İqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüş hesab olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "COP29-a sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Hesab edirəm ki, Azərbaycanın müxtəlif  beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq”.

Azərbaycanda Tərəflərin Konfransı  zamanı qlobal əhəmiyyətli məsələlərin müzakirə olunması nəzərdə tutulub. Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün ölkələrin birlikdə bu prosesdə necə iştirak edəcəyi, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirəcəyi və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı minimuma necə endiriləcəyi kimi məsələlər  fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə olunacaqdır.

Azərbaycan Prezidenti müsahibəsində qeyd etmişdir ki, ölkələr malik olduqları təbii sərvətlərə görə mühakimə olunmamalıdırlar. Ölkələr onlardan necə istifadə etdiklərinə görə mühakimə olunmalıdırlar. 

Biz qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq. Nefti olmayan ölkələr nefti olan  ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə "siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Bu diplomatiyadır, siyasətdir, maliyyədir və Azərbaycan bunun üçün bir platforma yarada bilər.

Şəhla Ağbulud
"Abşeron” qəzetinin baş redaktoru
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
18:21 25.06.2026
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
Aşura günü 1200 litrdən çox qan yığıldı
18:10 25.06.2026
Aşura günü 1200 litrdən çox qan yığıldı
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
17:47 25.06.2026
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
17:37 25.06.2026
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ