“COP29”da birgə təşkil olunacaq pavilyon ilə bağlı təqdimat mərasimi keçirilib - FOTO - VİDEO

“COP29”da birgə təşkil olunacaq pavilyon ilə bağlı təqdimat mərasimi keçirilib - FOTO - VİDEO
SOSİAL
17:06 03.10.2024
397
2 oktyabr tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) və "Davamlı Gələcək Platforması"nın COP29`da birgə təşkil olunacaq pavilyonu ilə bağlı təqdimat mərasimi baş tutub.
 
AZXEBER.COM xəbər verir ki, tədbirin rəsmi açılış mərasimində açılış nitqini Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının İdarə Heyətinin sədri Nigar Ələsgərova edib. Daha sonra tədbirin rəsmi qonaqlarından olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Hikmət Məmmədov, "Davamlı Gələcək Platforması" təsisçisi, "Türk Dünyası Kənd Təsərrüfatı Birliyi"nin sədri Doğan Başaran, "Agriconnect Türkiye” rəhbəri Havva Olçum çıxış ediblər. Rəsmi açılış mərasimindən sonra Havva Olçum COP29’da qurulacaq stend ilə bağlı ətraflı məlumat verib, sahibkarların KOBSKA və "Davamlı Gələcək Platforması"nın stendində təmsil olunmaq imkanları ilə bağlı danışıb.
 
Daha sonra sahibkarların, media nümayəndələrinin və digər tədbir iştirakçılarının sualları cavablandırılıb. Təqdimatdan sonra çıxışlar davam edib. "Trendyol” şirkətinin Korporativ Kommunikasiyalar rəhbəri Süheyla Cəfərova, "İyi Gelecek Sürdürülebilirlik” Konsaltinq şirkətinin təsisçisi Aslı Pasinli, Prof. Dr. Levent Kurnaz öz fikirlərini bölüşüblər.
 
Məlumat üçün bildirək ki, tədbirə 100-ə yaxın iştirakçı qatılıb. Təqdimatın sonunda çıxışçılar sahibkarları, media nümayəndələrini, iştirakçıları gələcəyimizi formalaşdırmaqda fəal olmağa dəvət edib. Qeyd edək ki, "Trendyol” şirkəti COP29’da qurulacaq stendin baş sponsorudur.
 
Xatırladaq ki, dünyanın ən böyük qlobal tədbiri olan COP29 11-22 noyabr tarixlərində ölkəmizdə keçiriləcək.

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
01:15 24.08.2026
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
00:33 24.08.2026
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
Bu həftə bu bürclər üçün uğurlu olacaq
00:28 24.08.2026
Bu həftə bu bürclər üçün uğurlu olacaq
Bu ərazilərdə işıq olmayacaq
00:21 24.08.2026
Bu ərazilərdə işıq olmayacaq
İşləyən şəxslərin pensiyasının yenidən hesablanması müddətinin endirilməsi təklif edilir - VİDEO
00:07 24.08.2026
İşləyən şəxslərin pensiyasının yenidən hesablanması müddətinin endirilməsi təklif edilir - VİDEO
Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? - VİDEO
23:48 23.08.2026
Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? - VİDEO
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
23:33 23.08.2026
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyulub - FOTOLAR
23:24 23.08.2026
Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyulub - FOTOLAR
Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - Video
23:20 23.08.2026
Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - Video
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar - FOTOLAR
23:10 23.08.2026
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar - FOTOLAR
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOLAR
23:08 23.08.2026
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOLAR
Xətaidə yaşayış binasında yanğın - VİDEO
22:59 23.08.2026
Xətaidə yaşayış binasında yanğın - VİDEO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLAR
22:47 23.08.2026
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLAR
15 yaşlı azərbaycanlı atletdən möhtəşəm nəticə: Avropa birinciliyində üç qızıl medal - FOTO
22:34 23.08.2026
15 yaşlı azərbaycanlı atletdən möhtəşəm nəticə: Avropa birinciliyində üç qızıl medal - FOTO
İlham Əliyev: Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır
22:31 23.08.2026
İlham Əliyev: Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır
“Media nümayəndələrinin qarşılıqlı əlaqələri çox vacibdir” - Özbəkistanlı jurnalist
22:10 23.08.2026
“Media nümayəndələrinin qarşılıqlı əlaqələri çox vacibdir” - Özbəkistanlı jurnalist