COVID-19-a yoluxmuş alim xəstəxanaya yerləşdirilmir - ŞİKAYƏT

COVID-19-a yoluxmuş alim xəstəxanaya yerləşdirilmir - ŞİKAYƏT
SOSİAL
09:43 05.07.2020
2296
"Koronavirusa yoluxduğu təsdiqlənən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri İdris Abbasov və həyat yoldaşı hələ də xəstəxanaya yerləşdirilməyib və heç bir tibbi yardım almayıblar”. 

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə tənqidçi Əsəd Cahangir bildirib.

O qeyd edib ki, mədə-bağırsaq sistemində xroniki xəstəliyi olan və hepatitdən əziyyət çəkən İ.Abbasovun getdikcə kəskinləşən və böhran həddinə yaxınlaşan durumu xüsusilə təhlükəlidir:

"Onun kəskin mədə və böyrək ağrıları ilə yanaşı, ürək aritmiyaları da başlayır. Xəstəxanada yerin olub-olmaması ilə bağlı həyəcan və narahatlıq onların psixoloji durumuna əlavə təsir etməklə onsuz da ağırlaşan səhhətlərini bir az da pisləşdirib. İ.Abbasov getdikcə irəliləyən xəstəliyin hazırda elə bir durumuna gəlib çatıb ki, bir həftə bundan qabaq ev şəraitində öz gücünə apardığı müalicə təsir gücünü itirib”.

Əsəd Cahangir qeyd edib ki, bütün bu baş verənlərin psixoloji ağırlığı isə alimin qızı Məryəmin üzərinə düşüb:

"Valideynlərinə həkimliyi 13 yaşlı qız etməli olur. Amma bu durumda ev şəraitində, həkim nəzarəti olmadan aparılan müalicə sadəcə riskdir. Hətta İ.Abbasov həkimlərin övladlarının virusa yoluxduğunu ondan gizlətdiyindən narahatdır. Çünki uşaqların ikisinin quru öskürəyi və qızdırması var, həkimlər isə uşaqların analizlərinin nəticələrini nədənsə valideynlərinə vermirlər.

Siz İ.Abbasov və onun ailəsinin səhhəti ilə bağlı suallar verir, əlaqədar və səlahiyyətli şəxsləri bütün həyatını elmə həsr edən bir alimə, namuslu bir insana, qeyrətli bir vətəndaşa qarşı etinasızlıqda qınayır, bunu təkcə bir nəfər alim yox, ümumən elmə, namuslu əməyə, fədakarlığa, halallığa olan  etinasızlıq kimi dəyərləndirirsiniz. Mən də sizinlə birlikdə eyni sualı eyni təşkilatlar, idarələr və şəxslərə ünvanlayıram - bu qədər etinasızlıq olarmı?”.

Xatırladaq ki, ötən gün institutun yaydığı açıqlamaya görə, İdris Abbasovun səhhəti ilə bağlı məsələ AMEA-nın diqqətindəndir və rəhbərlik ona hər cür maddi və mənəvi kömək göstəriləcək.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
14:47 22.07.2026
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
14:46 22.07.2026
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
14:40 22.07.2026
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
14:35 22.07.2026
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
14:32 22.07.2026
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
IV kurs tələbəsi vəfat etdi
13:58 22.07.2026
IV kurs tələbəsi vəfat etdi
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
13:55 22.07.2026
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
13:53 22.07.2026
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
13:50 22.07.2026
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
13:32 22.07.2026
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
İran: ABŞ-ın “çirkli əli” ölkəyə çatsa, bütün gücümüzlə savaşacağıq
13:30 22.07.2026
İran: ABŞ-ın “çirkli əli” ölkəyə çatsa, bütün gücümüzlə savaşacağıq
Mehdiabadda kişini başından vurub öldürdülər
13:28 22.07.2026
Mehdiabadda kişini başından vurub öldürdülər
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
13:09 22.07.2026
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
13:00 22.07.2026
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
12:56 22.07.2026
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
Sabah hava necə olacaq?
12:52 22.07.2026
Sabah hava necə olacaq?