Dünyada 6 milyondan çox insanın ölümünə səbəb olan koronovirus epidemiyası ilə bağlı narahatlıq yaradan araşdırma İngiltərədə aparılıb.
AZXEBER.COM xəbər verir ki, aparılan bir araşdırma koronavirusun nə qədər asanlıqla ötürüldüyünü ortaya qoyub.
Pandemiyanın ən sıx hiss olunduğu dövrə aid məlumatların əsas götürüldüyü araşdırmada 279 məişət əşyası araşdırılıb. Alimlər evin bəzi səthlərində aşkar edilən koronovirusun yayılmasının daha sürətli olduğunu açıqlayıblar.
Pandemiyanın başlanğıcında xəstəliyin səthlərdən keçib-keçməməsi ilə bağlı dəqiq məlumat olmasa da, evdəki əşyaların üzərində aşkarlanan koronovirusun yoluxma ehtimalının 3,8 dəfə çox olduğu halda, yoluxma riskinin olduğu bildirilib.
Araşdırmaya rəhbərlik edən professor Ajit Lalvani deyib:
"Əgər siz COVİD-19-a yoluxmusunuzsa, virusu havaya atdığınız doğrudur. Amma məlum olmayan odur ki, virus insanların əlindən və ya məişət əşyalarından ötürülür”.
Professor Lalvani onu da bildirib ki, əllərin tez-tez yuyulması və səthlərin müntəzəm təmizlənməsi xəstəlik riskini azaldır.
Ayşən