Covid-19 peyvəndləri ilə bağlı TƏƏCCÜBLÜ ARAŞDIRMA

Covid-19 peyvəndləri ilə bağlı TƏƏCCÜBLÜ ARAŞDIRMA
SAĞLAMLIQ
12:21 21.02.2024
601
Koronavirus epidemiyasına qarşı hazırlanmış peyvəndlərlə bağlı ən əhatəli araşdırmanın təfərrüatları paylaşılıb.

AZXEBER.COM xəbər verir ki, 2019-cu ildə Çinin Uhan şəhərində ortaya çıxan və qısa müddətdə qlobal epidemiyaya çevrilən koronavirus epidemiyasına qarşı hazırlanmış mRNA əsaslı Covid-19 peyvəndləri ilə bağlı ən əhatəli araşdırmanın nəticələri açıqlanıb.

Peyvəndlərlə bağlı bu günə qədər edilən ən əhatəli araşdırmada mRNT peyvəndlərinin bəzi nevroloji, ürək və qanla əlaqəli xəstəliklərin riskini artırdığına diqqət çəkilib. Lakin bu riskin çox nadir hallarda müşahidə edildiyi bildirilib.

"Vaccine” adlı tibb jurnalında dərc edilən araşdırmada Pfizer/BioNTech, Moderna və AstraZeneca tərəfindən hazırlanmış peyvəndlərin sağlamlıq riskləri araşdırılıb.

Bildirilib ki, bəzi peyvənd növləri Guillain-Barre sindromu riskini 2 dəfə, beyində şişkinlik riskini 3,7 dəfə artırıb. 99 milyondan çox insanın məlumatlarını araşdıran elm adamları bunun ürək, qan və nevroloji pozğunluqlara səbəb ola biləcəyini ifadə ediblər.

Ayşən
OXŞAR XƏBƏRLƏR