Covid-19-un başlanğıcından bəri bir ilk: Almaniya Çinə BioNTech peyvəndi göndərdi

SAĞLAMLIQ
11:25 23.12.2022
451
Çin hökuməti ilə əldə olunan sərhəddən istifadə razılaşmasına uyğun olaraq, Almaniya bu ölkədə yaşayan vətəndaşlarının peyvənd olunması üçün BioNTech tərəfindən hazırlanmış Kovid-19 peyvəndlərini Pekinə göndərib. 
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Çin pandemiyanın başlanğıcından bəri ilk dəfə olaraq xaricdən koronavirus peyvəndi alıb.

Belə ki, Almaniyanın Pekindəki səfiri Patrisiya Flor materik Çindəki alman vətəndaşlarının yaxın həftələrdə BioNTech peyvəndindən faydalana biləcəklərini açıqlayıb.

Almaniya kansleri Olaf Şolzun ötən ay Pekinə səfəri zamanı hələ materikdə istifadəsinə icazə verilməyən peyvəndin Almaniya vətəndaşlarına məhdud tətbiqi üçün razılıq əldə edilib. Scholz məhdud istifadənin təsdiqinin peyvəndin geniş istifadəsinə doğru ilk addım olmasını arzuladığını ifadə edib.

Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit dünən verdiyi açıqlamada, peyvəndləri daşıyan təyyarənin Pekinə çatmasını gözlədiklərini söyləyib.

Türkiyəli alim Uğur Şahin tərəfindən qurulan BioNTech şirkəti tərəfindən hazırlanan peyvənd materik Çində istifadə edilən ilk idxal peyvəndi olacaq.

İndiyədək Çinin Sinopharm, Sinovac və CanSino Biotech şirkətlərinin istehsal etdiyi peyvəndlərdən başqa Kovid-19 peyvəndlərinin materik Çində istifadəsinə icazə verilməyib.

Çində istehsal və paylama hüquqları Fosun Pharma tərəfindən həyata keçirilən peyvənd materikdə istifadə edilməsə də, Çinin Honq-Konq və Makao Xüsusi İnzibati Bölgələrində və Çinlə suverenlik mübahisəsi olan Tayvanda idarə olunur.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR