"Covid 19”un inkişaf dönəmində olan uşaqların görmə qabiliyyətinə mənfi təsir etdiyi məlum olub.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, beynəlxalq araşdırmalara görə, uzun müddət qapalı yerdə qalan uşaqların göz bəbəklərinin şəkili dəyişib.
Statistikaya görə, miyop epidemiyası dünyanı təsiri altına alıb. Araşdırmalara əsasən, açıq havada gəzintinin artan miyop epidemiyasına qarşı ən yaxşı çıxış yolu olduğu qeyd edilib.
Araşdırmada bu xəstəliyin sürətlə yayılmasının əsas səbəbinin karantin müddətində uşaqların evdə qalması və bu müddət ərzində televizor qarşısında vaxt keçirmələri göstərilib.
Miyopdan əziyyət çəkən 6 yaşlı pasiyent üzərində aparılan təhlillər onu göstərib ki, uşağın göz bəbəklərinin pandemiyadan öncəki vəziyyəti ilə pandemiyadan sonrakı dövrdəki vəziyyəti arasında iki dəfədən çox böyümə var.
Eyni zamanda bu xəstələrdə uzaqdakı əşyaları bulanıq görmə kimi hallar da müşahidə olunur.
Həkimlər uşaqların təcili müalicə olunmayacağı halda kor olma təhlükəsi ilə üz-üzə qala biləcəklərini bildiriblər.
Xumar