"Crocus City Hall"da terror aktına görə məhkum edilənlər apellyasiya şikayəti verdilər

"Crocus City Hall"da terror aktına görə məhkum edilənlər apellyasiya şikayəti verdilər
DÜNYA
23:50 26.10.2026
192
Rusiyada Moskva İkinci Qərb Dairə Hərbi Məhkəməsi Moskva vilayətindəki "Crocus City Hall" konsert zalında iki il əvvəl törədilmiş terror aktına görə məhkum edilən şəxslərin vəkillərinin apellyasiya şikayətlərini qeydə alıb.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Şamsidin Fariduni, Dilovar Mirzoyev, Məhəmmədsobir Fayzov, Saidakrami Rəcabalizoda və digər şəxslərlə bağlı cinayət işi üzrə vəkillərin şikayətləri müəyyən edilmiş qaydada qeydə alınıb.

Şikayətlərə baxılması üçün onlar Apellyasiya Hərbi Məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, 2026-cı il martın 12-də İkinci Qərb Dairə Hərbi Məhkəməsində "Crocus City Hall"da törədilmiş terror aktı ilə bağlı iş üzrə hökm elan olunub.

Terror aktının dörd icraçısı və 11 əlbir şəxs ömürlük həbs cəzasına məhkum edilib. Daha dörd nəfərə isə 19 il 11 aydan 22 il 6 ayadək həbs cəzası verilib.

Məhkəmə bütün təqsirləndirilən şəxslərə 500 min rubldan 2.7 milyon rubladək (10 500-56 800 manat) məbləğində əlavə cərimələr də təyin edib. Həmçinin zərərçəkənlərin verdiyi 27 mülki iddianın hamısı tam təmin olunub.

Xatırladaq ki, terror aktı 2024-cü ilin martında baş verib. Silahlı terrorçular "Piknik" qrupunun çıxışından əvvəl konsert zalına daxil olaraq tamaşaçılara atəş açıblar. Hadisə nəticəsində 600-dən çox insan xəsarət alıb, 149 nəfərin isə həyatını xilas etmək mümkün olmayıb. Dəyən maddi ziyanın təxminən altı milyard rubl olduğu qiymətləndirilir.
OXŞAR XƏBƏRLƏR