“Crocus City Hall”da terror zamanı ölənlərin sayı 137-yə çatıb

“Crocus City Hall”da terror zamanı ölənlərin sayı 137-yə çatıb
DÜNYA
18:54 24.03.2024
150

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki "Crocus City Hall" konsert zalında baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 137-yə yüksəlib.

Bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

"Meyitlərin tanınması davam edir. Terror aktının baş verdiyi yerdə indiyədək 3-ü uşaq olmaqla 137 nəfərin meyiti tapılıb",-deyə məlumatda qeyd olunur. 

OXŞAR XƏBƏRLƏR