Cübbəli Ahmet Hoca Azərbaycanı lağa qoydu

DÜNYA
02:03 13.02.2015
1808
Türkiyədə Cübbəli Ahmet Hoca kimi tanınan qalmaqallı din xadimi Azərbaycanda 2 min dollara professor olmağın mümkün olduğunu iddia edib.
Anspress-in məlumatına görə, Cübbəli Enver Baytanın şiəlik barədə yazdığı yazılara etiraz edib və onu savadsızlıqda ittiham edib:
"Cəfəriliyi Hənəfiliyə ən yaxın məzhəb sayıb. Bu qədər cahillik olmaz. Allah bunun bəhanəsini qəbul etməz.
Bu qədər cəhalətin bəhanəsi olmaz. Bu qədər məlumatsızlığa Allah bəhanə qəbul etməz. Biləcəksiniz! Cəfəriliyi Şiəlik zənn etməyənlər var. Demək ki, elm əskikliyi var və mədəniyyətsizdir. Bu çox ayıbdır. Cəfərilik Şiəliyin içindədir. Bunu "Cəfərilik Hənəfiliyə ən yaxınıdır" deyərək camaatı inandırmaq istəyirlər".
Daha sonra Cəfəriliyin İranın məzhəbi adlandıran Cübbəli şiəlikdə bir çox səhvlərin olduğunu iddia edib:
“Diplomu yoxdursa, imami-Əzzam olsa da qəbul etmərəm" deyirsinizsə, sizə diplomlu da tapacağam. Həm də Azərbaycandan 2000 dollara professorluq almış deyil. Biri var, əntiqədir, papaq da qoyur. Onu demirəm. 2000 dollara mən akademik professor olaram".
OXŞAR XƏBƏRLƏR