"Cücələrim" Çində musiqi dərsliklərinə salındı

MƏDƏNİYYƏT
16:00 06.02.2025
115
Çində keçirilən qala konsertdə "Cücələrim” mahnısı ifa olunub.

AZXEBER.COM xəbər verir ki,  Çin Yeni ili münasibəti ilə ölkənin Şansi vilayətinin peyk televiziya kanalının təşkil etdiyi qala-konsertdə "Cücələrim” bir mahnısı ifa olunub.

Qeyd edək ki, "Cücələrim" 1947-1948-ci illərdə bəstəkar Qəmbər Hüseynli və sözlərinin müəllifi Tofiq Mütəllibov tərəfindən yaradılıb. 14 sentyabr 1979-cu ildə "Cücələrim” üçün Gəncədə ayrıca muzey yaradılıb.

Uzun illər əvvəl çin dilinə tərcümə olunan "Cücələrim” mahnısı burada çox populyardır. Mahnı hətta musiqi tədris kitablarına da salınıb.

Təxminən 80 ilə yaxındır ki, böyükdən-kiçiyə dillər əzbəri olan "Cücələrim” nadir Azərbaycan mahnılarındandır ki, dünyanın onlarla dilinə tərcümə edilib. Mahnı son zamanlarda sosial şəbəkələrin xarici seqmentində gündəm olub.
 
Aysel

OXŞAR XƏBƏRLƏR