AZXEBER.COM xəbər verir ki,.66 kq-da təmsilçimiz Nicat Şıxalizadə Sloveniya, Britaniya və İspaniya təmsilçilərini məğlub etdikdən sonra finalda rusiyalı Mixael Pulyayevlə qarşılaşaraq gümüş medal qazandı. -60 kq çəkidə bürünc medal sahibi Səfərov Orxan isə tatamidə Əlcəzair, Braziliya və Almaniya təmsilçilərinə qalib gəldi.Qeyd edək ki, Abu-Dabi Qran-Prisində 35 ölkədən 236 cüdoçu güclərini sınayır və millimiz hazırda komanda hesabında 7-ci yerdədir.