DÇ-2018-də 1/4 final həyəcanı başlayır

DÇ-2018-də 1/4 final həyəcanı başlayır
İDMAN
12:22 06.07.2018
4647
DÇ-2018 davam edir.
 
AZXEBER.COM-un məlumatına görə, bu gün mundialda 1/4 final oyunlarına start veriləcək.

İlk oyun günündə iki görüş baş tutacaq. Əvvəlcə Fransa ilə Uruqvay münasibətlərinə aydınlıq gətirəcəklər. 1/8 finalda Portuqaliya yığmasını yolundan kənarlaşdıran cənubi amerikalılar növbəti avropalı rəqibini məğlub etmək əzmindədi. Fransa millisi isə favoritlərindən hesab olunduğu dünya çempionatında daha irəli getmək üçün güclü rəqiblərdən birinə qalib gəlməlidi. Didye Deşamın komandasında Matuidi vərəqə cəzalısıdırsa, Uruqvayda Kavaninin oynayıb-oynamayacağı sual altındadı.

Günün ikinci oyunu da Cənubi Amerika – Avropa qarşıdurması olacaq. Braziliya Belçika ilə üz-üzə gələcək. Pentakampeonlar növbəti çempionluğu hədəflədiyindən bu oyunda da meydana mütləq qələbə üçün çıxacaqlar. Meksika ilə matçda sonradan meydana çıxan Marselonun zədəsi sağalıbsa, Duqlas Kostanın meydana çıxmamaq ehtimalı var. Kazemiro isə sarı vərəqə cəzası səbəbindən oyunu buraxacaq. Belçika isə bəzi mütəxəssislərin fikrinə görə, tarixin ən yaxşı heyətinə sahib komanda ilə mümkün qədər yüksəyə çıxmaq istəyir. Roberto Martinezin heyət baxımından bir problemi yoxdu

DÇ-2018

1/4 final

6 iyul

18:00. Uruqvay - Fransa

Hakimlər: Nestor Pitana, Ernan Maydana, Xuan Belatti (hamısı Argentina), Alireza Faqani (İran)

Nijni Novqorod stadionu

22:00. Braziliya – Belçika

Hakimlər: Milorad Majiç, Milovan Ristiç, Dalibor Curceviç (hamısı Serbiya), Ceyr Marrufo (ABŞ)

Kazan Arena

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Füzulidə 16 yaşlı oğlanın meyiti tapıldı
17:32 18.08.2026
Füzulidə 16 yaşlı oğlanın meyiti tapıldı
Azərbaycanda qardaş bacısını maşında öldürdü
17:10 18.08.2026
Azərbaycanda qardaş bacısını maşında öldürdü
Gorusda küçəyə İran şəhərinin adı verildi – Ekspertdən sərt açıqlama
16:59 18.08.2026
Gorusda küçəyə İran şəhərinin adı verildi – Ekspertdən sərt açıqlama
Dövlət Gömrük Komitəsindən sərhəddə yaranan sıxlıqla bağlı - AÇIQLAMA
16:55 18.08.2026
Dövlət Gömrük Komitəsindən sərhəddə yaranan sıxlıqla bağlı - AÇIQLAMA
Prezident təqaüdçiləri evləndi - Hər ikisi 691 bal toplayıb
16:48 18.08.2026
Prezident təqaüdçiləri evləndi - Hər ikisi 691 bal toplayıb
Güzgüyə tez-tez baxmağın səbəbi nədir? – Mütəxəssislərdən açıqlama
16:45 18.08.2026
Güzgüyə tez-tez baxmağın səbəbi nədir? – Mütəxəssislərdən açıqlama
Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü - FOTO
16:21 18.08.2026
Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü - FOTO
“Niyə rus bölməsini bitirənlər universitetə daha az balla qəbul olunmalıdırlar?”
16:20 18.08.2026
“Niyə rus bölməsini bitirənlər universitetə daha az balla qəbul olunmalıdırlar?”
Azərbaycan Nəşriyyatları Assosiasiyası Qvadalaxara Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
16:10 18.08.2026
Azərbaycan Nəşriyyatları Assosiasiyası Qvadalaxara Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
“Dövlət əmlakına niyə belə biganə münasibət bəslənilir?” – Bu müəssisə avadanlıqlarını küçəyə atır
15:50 18.08.2026
“Dövlət əmlakına niyə belə biganə münasibət bəslənilir?” – Bu müəssisə avadanlıqlarını küçəyə atır
Bu ölkələrdə məktəb başlayanda ailələrə pul verilir - Siyahı
15:44 18.08.2026
Bu ölkələrdə məktəb başlayanda ailələrə pul verilir - Siyahı
Prezident Böyük Britaniyanın Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul etdi
15:38 18.08.2026
Prezident Böyük Britaniyanın Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul etdi
Bakıda bu məşhur məkanlar bağlandı – SİYAHI
15:36 18.08.2026
Bakıda bu məşhur məkanlar bağlandı – SİYAHI
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
15:21 18.08.2026
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
Deputatdan Rusiyadakı Azərbaycan əleyhinə çağırışlara sərt REAKSİYA
15:14 18.08.2026
Deputatdan Rusiyadakı Azərbaycan əleyhinə çağırışlara sərt REAKSİYA
Qaradağda oğurluq edən şəxs saxlanıldı
15:07 18.08.2026
Qaradağda oğurluq edən şəxs saxlanıldı