DÇ-2026: Cənubi Koreya Çexiyanı məğlub edib

DÇ-2026: Cənubi Koreya Çexiyanı məğlub edib
İDMAN
08:54 12.06.2026
261
Futbol üzrə 2026-cı il dünya çempionatının A qrupunda Cənubi Koreya millisi Çexiya yığması üzərində 2:1 hesablı qələbə qazanıb.

AZXEBER.COM xəbər verir ki, görüşdə hesabı 59-cu dəqiqədə Çexiya millisinin futbolçusu Ladislav Kreyçi açıb.

Cənubi Koreya isə geri dönüş etməyi bacarıb. Komandanın qollarını 67-ci dəqiqədə Hvan İn Bom və 80-ci dəqiqədə O Hyon Gyu vurublar.

Bu nəticə ilə Cənubi Koreya qrup mərhələsində vacib qələbə əldə edib.
OXŞAR XƏBƏRLƏR