Meksika mundiala qələbə ilə başladı

Meksika mundiala qələbə ilə başladı
İDMAN
01:33 12.06.2026
153
Futbol üzrə dünya çempionatında Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçirilən A qrupunun görüşü başa çatıb.

AZXEBER.COM xəbər verir ki, Meksikadakı "Mexiko Siti" stadionunda baş tutan DÇ-2026-nın açılış matçı ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib.

9-cu dəqiqədə Xulian Kinyones və 67-ci dəqiqədə Raul Ximenes fərqləniblər.

Qeyd edək ki, bu qrupun digər matçı Cənubi Koreya və Çexiya milliləri arasında keçiriləcək. Sözügedən qarşılaşma saat 06:00-da start götürəcək.
OXŞAR XƏBƏRLƏR