Şakira futbol üzrə dünya çempionatları tarixində ilkə imza atdı
İDMAN
23:50 11.06.2026
161
Kolumbiyalı müğənni Şakira tarixdə dörd futbol üzrə dünya çempionatında çıxış edən ilk sənətçi olub.
AZXEBER.COM bu barədə championat.com-a istinadən xəbər verir.
İfaçı 2006, 2010, 2014 və 2026-cı illərdə keçirilən dünya çempionatlarında musiqi nömrələri ilə çıxış edib.
Şakira iyunun 11-də Mexikodakı "Asteka" stadionunda keçirilən 2026-cı il dünya çempionatının açılış mərasimində "Dai Dai" adlı mahnını ifa edib.
Beləliklə, kolumbiyalı ulduz dünya çempionatlarının tarixində dörd müxtəlif mundialın açılış və ya rəsmi tədbirlərində səhnəyə çıxan ilk sənətçi kimi rekorda imza atıb.