Dövlət Departamentinin nümayəndəsi P. Krouli Hillari Klintonun Almaniya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Britaniya, Fransa və Əfqanıstan liderləri ilə əlaqə saxladığını xəbər verib. Yüksək rütbəli İsrail rəsmisinə istinad edən Haaretz qəzeti teleqramlar sırasında ABŞ-ın Tel Əvivdəki səfirliyindən göndərilmiş məxfi sənədlərin yer aldığını yazır. Londonda qərargahlanan Əl-Hayat qəzeti bildirir ki, açıqlanan sənədlər ABŞ-ın PKK-ya dəstək verdiyini göstərəcək. Wikileaks-in sənədləri nə vaxt ictimaiyyətə açıqlayacağı bəlli deyil. Vebsayt Twitter vasitəsilə 3 milyon sənədi bu gün dərc etməyi planlaşdırdığını xəbər verib.