Dörd nazir istefaya göndərildi

Dörd nazir istefaya göndərildi
Bütün Xəbərlər
20:25 27.12.2010
1848


Xorvatiyada dörd nazir eyni gündə istefaya göndərilib. Rusiya kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, baş nazir Yandarka Kosor maliyyə naziri İvan Şuker, müdafiə naziri Branko Vukeliç, mədəniyyət naziri Boji Bişkupiç və ətraf mühitin mühafizəsi və tikinti naziri Marina Matuloviç-Dropuliçi vəzifəsindən azad edib.

Bunlarla yanaşı Yandarka Kosor baş nazirin yeni müavinini də təyin edib. Xorvatiya hökumət başçısı bu qərarını ölkənin iqtisadi tənəzzülünün qarşısının almaq və Avropa Birliyinə daxil olmaq prosesini tezləşdirmək məqsədi ilə qəbul etdiyini deyib.

Yeni təyinatların təqdimatı 2010-cu ilin 29 dekabr tarixində olacağı gözlənilir.//Qafqazinfo

 

OXŞAR XƏBƏRLƏR