Dünya şöhrətli alimlər BDU-da

GƏNCLİK
12:26 11.05.2011
2359
Konfransda respublikanın hüquq təhsil mərkəzlərinin hamısı – Bakı Dövlət Universiteti, AMEA-nın Fəlsəfə Sosiologiya və Hüquq İnstitutu, Konstitusiya Məhkəməsi, Polis Akademiyası, Ədliyyə Nazirliyi, Ədliyyə Akademiyası, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi, İdarəçilik Akademiyası və Milli Aviasiya Akademiyası təmsıl olunub. Tədbirdə Almaniya, Rusiya və Gürcüstan alimləri də məruzə ilə çıxış edəcəklər.

Rektor, akademik Abel Məhərrəmov H.Əliyevin 88-ci ildönümünə həsr olunmuş konfransın əhəmiyyətindən, elmə verəcəyi töhfələrdən bəhs edib. “Azərbaycan o xoşbəxt ölkələrdəndir ki, Heydər Əliyev kimi dahi öndəri var. Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə gələndə qarşıya məqsəd qoydu ki, hüquqi, dünyəvi, demokratik dövlət yaratmalıyıq. O, təşkilatçılığına, təcrübəsinə və vətəni sevməsinə görə bunu bacardı. Azərbaycanda hüquqi, dünyəvi dövlət yarandı”.

OXŞAR XƏBƏRLƏR