Özbəkistan prezidenti İslam Kərimov, Rusiya Federasiyası İnquşetiya Respublikasının prezidenti Yunusbek Yevkurov, Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının prezidenti Arsen Kanokov, Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev, Bolqarıstan Respublikasının prezidenti Georgi Pırvanov, Rusiya Federasiyası Dağıstan Respublikasının prezidenti Maqomedsalam Maqomedov, Moldova Respublikası prezidentinin vəzifəsini icra edən Mixay Gimpu, Latviya Respublikasının prezidenti Valdis Zatlers, Türkmənistan prezidenti Qurbanqulı Berdiməhəmmədov, habelə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Jak Diuf, MDB Parlamentlərarası Assambleyası Şurasının sədri Mixail Krotov və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Sergey Mironov doğum günü münasibəti prezident İlham Əliyevi təbrik edib.
Prezidentin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, xarici ölkələrin prezidentləri və digər rəsmi şəxslər ad günü münasibəti ilə İlham Əliyevə möhkəm cansağlığı və dövlət fəaliyyətində böyük uğurlar, dost Azərbaycan xalqına sülh və tərəqqi arzulayıb. //Ans Press