“Əgər biz dünyanın bütün məlumatlarını yığıb kitablara köçürsək, bu zaman ABŞ və ya Çinin ərazilərini üç dəfə kitab qatı ilə əhatə edə bilərik”, - deyə M. Gilbert qeyd edib. Aparılmış araşdırmalara əsasən bu gün dünyada informasiyanın böyük hissəsi (94 faizdən artıq) rəqəmli şəkildədir. Bu zaman 2002-ci ildə əsasən analoq saxlanılma və emal metodları üstünlük təşkil edirdi.
Tədqiqatın müəllifləri tərəfindən təhlil olunan müddət ərzində məlumatın emal sürəti bir ildə təxminən 58 faiz, ötürülən informasiyanın həcmi 28 faiz, ümumi informasiya ehtiyatları isə 23 faiz artır.
Həmçinin qeyd etmək lazımdır ki, alimlərin əldə etdiyi nəticələr ümumidir və müxtəlif inkişaf səviyyəli ölkələrdə saxlanılan, ötürülən və emal olunan məlumatların həcmi xeyli fərqlənir. Belə ki, 2002-ci ildə inkişaf etmiş ölkələrdə insanlar, inkişafda olan ölkələrinin insanlarından 8 dəfə daha tez-tez məlumat mübadiləsi aparıb. 2007-ci ildə isə bu fərq 15 dəfəyədək artıb.