Andersonun akkauntu son dəfə martda yenilənib.
2006-cı ildə yaradılmış "MySpace" 2008-ci ildə, istifadəçilərinin sayı 75,9 milyona çatanda populyarlığının zirvəsində idi. İndi dünyanın ən iri sosial şəbəkələrindən biri sayılan "MySpace"də cəmi 34,8 milyon istifadəçi qalıb.
İstifadəçilərin sayının azalması sosial şəbəkənin maliyyə durumuna çox pis təsir edib, çünki onun əsas gəlir yeri reklamlar idi.
Sosial şəbəkənin sahibi, mediamaqnat Rupert Merdoka məxsus "News Corporation" konqlomeratı "MySpace"ni 100 milyon dollara satmağa razıdır.
"Linkedin" sosial şəbəkəsinin qiyməti 6 milyard, "Facebook"un dəyəri isə 40 milyard dollardır.
//milli.az