Dünyanın ən məşhur cütlüyü boşandı

ŞOU-BİZNES
20:09 16.12.2010
2260

Aktyorların rəsmi bəyanatında bildirilir ki, onlar uzun müddət düşünüb daşındıqdan sonra sülh yolu ilə ayrılmaq qərarına gəliblər. Xəbərlərə görə, 2008-ci ilin sentyabrında evlənən ulduzlar hələ yarım il bundan əvvəl ayrılmaq qərarına gəliblər. Hesab olunur ki, ayrılmağın təşəbbüskarı Yohanson olub. Həmin vaxt aktrisa Nyu-Yorkda mənzil axtarışına başlamışdı. Bu il aktrisa «GQ» jurnalının versiyasına görə, ilin gözəli, Reynolds isə Amerikanın «People» jurnalının versiyasında ən seksual kişi adını qazanıb. Qeyd edək ki, Yohanson 22 noyabr 1974-cü ildə Nyu-Yorkda doğulub. Aktyorluq sənətinə o, Los-Ancelesdə başalyıb. 34 yaşlı Reynolds isə «Ziyafətlər kralı» filmindən sonra məşhurlaşıb və bundan sonra mütəmadi olaraq belə janrlı filmlərə çəkilməyə başlayıb. Sonradan isə aktyora həmçinin, döyüş filmlərində də rollar təklif edilib. Hazırda o, «Yaşıl fənər» adlı filmdə baş rolda çəkilişlər aparır.

 

OXŞAR XƏBƏRLƏR