Onun dediyinə görə, bu məhsul 11 mart tarixində satışa çıxarılacaq. 2 kameralı, daha incə, daha həfif olan iPad 2 əvvəlki qiymətə yəni 499 dollara satılacaq. Yeni iPad 2-nin ən böyük özəlliyi 2 kameraya malik olmasıdır. Ön tərəfdəki kamera iPhone 4-də olduğu kimi Facetime görüntülü danışmaq üçündür. Digər tərəfdə isə şəkil çəkmək üçün kamera var.
Məhsulun Azərbaycana nə zaman gələcəyi haqda məlumat yoxdur.
AZXEBER.COM portalı iPad ilə iPad 2-ni müqayisə edir. Buyurun, özünüz oxuyun və qiymət verin
iPad - iPad 2
Qiyməti: 499 dolar - 499 dolar
Kamera: yox - 2 ədəd var
Ekran: 9.7 - 9.7
Ağırlıq: 730 qram - 590 qram
Yaddaş: 16, 32, 64 GB - 16 32, 64
Qalınlıq: 13.4 mm - 8.8 mm
Şarj saxlama: 10 saat (Video) - 10 saat (video)
Kabelsiz: WiFi ve 3G - WiFi ve 3G
Rəng: Gri – Ağ və Qara
Xatırladaq ki, Apple 9 ayda 15 milyon iPad satıb. 2007-ci ildən isə 100 milyon iPhone satılıb. Mütəxəsislərin fikrinə görə, yeni İPHONE da satış rekordları qıracaq.