DİN-in 276 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub

DİN-in 276 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub
Bütün Xəbərlər
06:31 02.03.2011
1649

2010-cu il ərzində Ombudsman Aparatına daxili işlər orqanlarının əməkdaşları tərəfindən insan hüquq və azadlıqlarının pozulması ilə bağlı 174 şikayət daxil olub. Onlardan 51-ni vətəndaşlarla kobud rəftar, 38-ni əsassız saxlama, 46-nı polisə əsassız gətirmə, 22-ni sürücülərin hüquqlarının pozulması, 5-ni əsassız cinayət məsuliyyətinə cəlb etmə, 3-nü əcnəbi və vətəndaşlığı olmayanların hüquqlarının pozulması, 9-nu isə digər faktla təşkil edib. 

Bu faktlar Ombudsmanın Milli Məclisə təqdim etdiyi hesabatda yer alıb. Bildirilib ki, bu cür neqativ hərəkətlərə yol verən 276 əməkdaş intizam məsuliyyətinə cəlb olunub. Onlardan 18 nəfəri daxili işlər orqanlarında xidmətdən xaric olunub, 20 əməkdaş tutduğu vəzifədən azad olunub, 238 əməkdaş barəsində isə digər intizam tədbirləri görülüb.

Prokurorluq orqanları ilə bağlı daxil olan şikayətlər əsasında isə 2010-cu ildə icra və əmək intizamının pozulmasına, işində və xidmətdən kənar fəaliyyətində kobud qanunsuzluqlara yol verdiklərinə görə, 83 əməkdaş intizam məsuliyyətinə cəlb edilməklə, 50 nəfərə şiddətli töhmət və töhmət elan olunub, 5 əməkdaş tutduğu vəzifədən azad olunub, prokurorluq işçisinə yaraşmayan və prokurorluqda xidmətlə bir araya sığmayan hərəkətlərə görə, 5 əməkdaş prokurorluq orqanlarından xaric edilib. Hesabatda qeyd olunub ki, ötən dövrdə prokurorluq orqanları ilə bağlı müvəkkilin ünvanına 565 şikayət daxil olub. Həmin şikayətlərin bir çoxu Baş Prokurorluqla ilə əməkdaşlıq şəraitində araşdırılıb, zəruri addımlar atılıb.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəmkirdə mikroavtobus yük avtomobili ilə toqquşdu
20:25 28.07.2025
Şəmkirdə mikroavtobus yük avtomobili ilə toqquşdu
Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
20:20 28.07.2025
Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh masası Türkiyədə qurulacaq
20:11 28.07.2025
Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh masası Türkiyədə qurulacaq
Bakıda bağça müəllimləri üçün vakansiya seçimi başlayıb
20:03 28.07.2025
Bakıda bağça müəllimləri üçün vakansiya seçimi başlayıb
DTX imtahanlarda texniki fırıldaqçılıqla məşğul olan şəbəkə təşkilatçılarını saxlayıb
19:55 28.07.2025
DTX imtahanlarda texniki fırıldaqçılıqla məşğul olan şəbəkə təşkilatçılarını saxlayıb
“Sabah” - “Petrokub” oyununa satılan bilet sayı
19:49 28.07.2025
“Sabah” - “Petrokub” oyununa satılan bilet sayı
ABŞ Qəzzada ərzaq mərkəzlərinin yaradılmasını maliyyələşdirməyi planlaşdırır
19:37 28.07.2025
ABŞ Qəzzada ərzaq mərkəzlərinin yaradılmasını maliyyələşdirməyi planlaşdırır
İran İsraillə müharibə zamanı 23 məmura qarşı sui-qəsdin qarşısını alıb
19:23 28.07.2025
İran İsraillə müharibə zamanı 23 məmura qarşı sui-qəsdin qarşısını alıb
Tramp Rusiyaya verdiyi 50 günlük möhləti azaldacaq
19:11 28.07.2025
Tramp Rusiyaya verdiyi 50 günlük möhləti azaldacaq
Vətən müharibəsi iştirakçısının evi yandı
18:51 28.07.2025
Vətən müharibəsi iştirakçısının evi yandı
İranda şirkət rəhbəri qətlə yetirilib, əri şübhəli bilinir
18:39 28.07.2025
İranda şirkət rəhbəri qətlə yetirilib, əri şübhəli bilinir
Bakıdan regionlara gedən müntəzəm marşrut avtobuslarının 30 %-i yenilənib
18:26 28.07.2025
Bakıdan regionlara gedən müntəzəm marşrut avtobuslarının 30 %-i yenilənib
Bu yolda hərəkət məhdudlaşdırılır - Sürücülərin nəzərinə!
18:12 28.07.2025
Bu yolda hərəkət məhdudlaşdırılır - Sürücülərin nəzərinə!
Vaşinqton Tailand və Kamboca arasında atəşkəs razılaşmasını alqışlayır
18:04 28.07.2025
Vaşinqton Tailand və Kamboca arasında atəşkəs razılaşmasını alqışlayır
ABŞ Prezidenti: Rusiya üçün yeni son tarix 10-12 gün olacaq
17:47 28.07.2025
ABŞ Prezidenti: Rusiya üçün yeni son tarix 10-12 gün olacaq
MEDİA: Azərbaycanın bir sıra dövlət xadimləri adından reallığı əks etdirməyən açıqlamalar yayılıb
17:41 28.07.2025
MEDİA: Azərbaycanın bir sıra dövlət xadimləri adından reallığı əks etdirməyən açıqlamalar yayılıb