DİQQƏT: Mobil telefon insanda xərçəng xəstəliyi yaradır

DİQQƏT: Mobil telefon insanda xərçəng xəstəliyi yaradır
Bütün Xəbərlər
20:05 01.06.2011
2138
Mobil telefonların təhlükəsizliyini Xərçəngin Öyrənilməsi üzrə Beynəlxalq Agentliyin (İARC) mütəxəssisləri araşdırıb.

Mütəxəssislərin hazırladıqları hesabat iyulun 1-də “The Lancet Oncology” jurnalında dərc olunacaq. İARC-ın İşçi Qrupuna 14 ölkədən 31 ekspert daxil olub. Alimlər müəyyən zaman kəsimində mobil telefonların elektromaqnit şüalanmasının orqanizmə təsirinin nəticələrini qiymətləndirməyə çalışıblar. Bunun üçün onlar əvvəllər keçirilmiş epidemioloji təhqiqatlarla bağlı materialları öyrəniblər. İARC mütəxəssisləri bu qənaətə gəliblər ki, beyində həm bədxassəli, həm də xoşxassəli xərçəngin inkişafı mobil telefondan istifadə ilə əlaqəlidir. Beyində şişlər mobil telefondan aktiv istifadə edənlərdə daha tez-tez rast gəlinir.

OXŞAR XƏBƏRLƏR