Dəlixanadan qaçıb müəllimlik etdi

MARAQLI
17:06 04.02.2011
1856
Ötənil İrlandiyadaruhixəstəxanadanqaçmış şəxsbuilyanvarayındakolleclərinbirinə almandilimüəllimikimiişə qəbuledilib. Polisin məlumatına görə, 26 yaşlı müəllim 3 il əvvəl qonşusunu liftdə bıçaqladığı üçün həbs olunub. Məhkəmənin qərarı ilə ona məcburi müalicə təyin edilərək, psixi xəstələrin saxlandığı müəssisəyə yerləşdirilib. Burada isə ona şizofreniyanın kəskin forması diaqnozu qoyulub.

Kollec direktoru isə ifadəsində “heç kim – nə müəllimlər, nə də şagirdlər ondan narazı olmayıb. O, valideynlər arasında da özünə hörmət qazana bilib. Lakin son günlərdə o özünü kəşfiyyatçı kimi təqdim etdiyi üçün şübhələndik və polisə məlumat verdik” - deyib.

Əsəb dispanserinə yerləşdirilmiş “müəllim” yaxın günlərdə vətənə ekstradisiya olunacaq. Şikayət olmadığı üçün heç bir cinayət işi açılmayıb.
//lent.az

 

OXŞAR XƏBƏRLƏR