Daşkəsəndə oğru: "Yaxşı oğlanlara salam göndərirəm"

Bütün Xəbərlər
17:12 04.03.2011
1850

Daşkəsən polisi mənzillərdən oğurluq edən rayon sakini, 22 yaşlı Vüsal Süleymanov adlı şəxsi saxlayıb. Qeyd edək ki, ötən ilin dekabr ayında Daşkəsən rayonunun Təzəkənd kəndində iki oğurluq hadisəsi baş verib. Naməlum şəxslər əsasən gecə saatlarında yaşayış olmayan mənzillərə daxil olaraq oradan qiymətli əşyaları oğurlayıb. Asayiş keşikçiləri zərərçəkmişlərin polisə müraciəti əsasında əməliyyat tədbirlərinə başlayıb. 

Təvəkkül Həsənov Daşkəsən RPŞ-nin müstəntiqi: “Həmin faktla əlaqədər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılaraq istintaq aparılıb. İstintaq zamanı hadisə törətmiş Süleymanov Vüsal Nizami oğlu barəsində axtarış elan olunub. 3 mart 2011-ci ildə tarixində Daşkəsən rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanaraq istintaqa təhvil verilib”. 

Saxlanılan Vüsal Süleymanov əməllərini səmimi etraf edib və oğurluğa səbəb kimi imkansız olmasını göstərib: “Heç yerdə iş yoxdur. Neynəməliyik, acından ölməli deyilik ki?!”. Mənzillərdən əsasən yataq və məişət əşyaları oğurlayan şəxs dostlarına salam göndərməyi də unutmayıb. Belə ki, o, üzünü kameraya tutaraq “Yaxşı oğlanlara salam göndərirəm” deyib.

// Kəpəz TV

 

OXŞAR XƏBƏRLƏR