Daha 12 koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Daha 12 koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı
SOSİAL
19:59 31.01.2022
248
Yanvarın 29-da və 30-da polis əməkdaşları tərəfindən respublika ərazisində 12 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
OXŞAR XƏBƏRLƏR