Daha 3 marşrutun hərəkət sxemi dəyişdirildi

Daha 3 marşrutun hərəkət sxemi dəyişdirildi
SOSİAL
12:39 08.10.2026
773
Paytaxtın Hövsan qəsəbəsində təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

AZXEBER.COM xəbər verir ki, 8 Noyabr küçəsində aparılan təmir işləri səbəbindən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Məhdudiyyətlə əlaqədar marşrutların hərəkət istiqamətləri belə müəyyən edilib:

120 – Elman Qasımov küçəsi – Səməd Vurğun parkı;
120E – Hövsan yaşayış kompleksi (MİDA) – Səməd Vurğun parkı;
121E – Elman Qasımov küçəsi – "Əhmədli” metro stansiyası.

Dəyişikliklər təmir işləri başa çatanadək qüvvədə olacaq.
OXŞAR XƏBƏRLƏR