Daha 7 müəssisədə pozuntular aşkarlandı

SOSİAL
19:06 24.09.2021
179
Azərbaycan Respublikasının  (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan AZXEBER.COM-a verilən məlumata görə nəzarət tədbirləri çərçivəsində 2021-ci ilsentyabrın 23-də ölkə üzrə 356 ictimai iaşə obyektində 617 monitorinq keçirilib. Monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1.Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəs., Rasim İmanov küç., ev 2a ünvanında yerləşən, fiziki şəxs Həsənzadə İbrahim Yusif oğluna məxsus dönər evi;

2. Bakı şəhəri, Nəsimi rayonu, H. Seyidzadə küç., ev 1, m. 1 ünvanında yerləşən, fiziki şəxs Vəliyev Elçin Rəhman oğluna məxsus kafe;

3. Bakı şəhəri, Nizami rayonu, R. Rüstəmov küçəsi 34 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Samik Qabil oğluna məxsus "Boston” kafesi;

4. Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küç., ev 23 ünvanında yerləşən, fiziki şəxs Abbasov Rəşad Fərhad oğluna məxsus kafe;

5. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən, fiziki şəxs Xəlilov Vətən Mübariz oğluna məxsus dönər evi;

6. Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi 138 ünvanında yerləşən, fiziki şəxs Zamanov Anar Abbasəli oğluna məxsus "Park House” kafesi;

7. Astara rayonu, 28 May küçəsində yerləşən, fiziki şəxs İmaməliyev Sadıx İsrafil oğluna məxsus restoran.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

OXŞAR XƏBƏRLƏR