Daha bir şou-biznes nümayəndəsi evlənir

ŞOU-BİZNES
20:39 22.11.2010
2095

Müğənni Kərim Abbasovun toy günü dəqiqləşib. Müğənninin toyu dekabrın 6-da "Karvan" Şadlıq sarayında keçiriləcək. "Bütün həmkarlarımı bu şad günümə dəvət etmişəm. Toy ciddi nəzarət altında keçiriləcək, qonaqlar yalnız dəvətnamə ilə içəri buraxılacaq. Əgər kimsə mənim toyumda fitnə-fəsad törətmək qərarına gəlsə, qanun qarşısında cavab verməli olacaq. KİV əməkdaşları toyu rahat işıqlandıra bilər. Toydan sonra "bal ayı"mızı Türkiyədə keçirəcəyik. Ümid edirəm ki, bu mənim sonuncu toyumdur".

Müğənni gələcək həyat yoldaşının ötən həftələrdə evlənmək üçün qatıldığı "Toy olsun" layihəsindən olmadığını deyir: "Ötən ilin 8 martında nişanlandığım qızla evlənirəm".//Ans Press

OXŞAR XƏBƏRLƏR