Daha bir atletimiz mübarizəyə qoşulur

İDMAN
07:44 08.08.2012
1396

Bu gün XXX London Yay Olimpiya oyunlarında daha bir atletimiz mübarizəyə qoşulacaq.

AZXEBER.COM-un məlumatına görə, bu idman növündə son təmsilçimiz Hayle İbrahimov qaçış zolağına çıxacaq.

Birinci qrupda yer alan milliləşdirilmiş legionerimiz 5000 metr məsafəyə qaçışda qüvvəsini sınayacaq. 22 nəfərin mübarizə aparacağı qrupdakı yarışlara Bakı vaxtı ilə saat 14:45-də start veriləcək.

Qeyd edək ki, ötən gün olimpiadada debüt edən atletimiz Layeş Abdullayeva 5000 metr məsafəyə yürüşü 32-ci pillədə başa vurmaqla mübarizəni dayandırmışdı.

OXŞAR XƏBƏRLƏR