Ukraynada davam edən hərbi əməliyyatlarda daha bir azərbaycanlı həlak olub. AZXEBER.COM xəbər verir ki, 1982-ci il təvəllüdlü Abdullayev Vüsal Bəşir oğlu şiddətli döyüşlər zamanı həyatını itirib. Mərhumun nəşi bu gün Azərbaycana gətirilib. V. Abdullayev doğulduğu Beyləqan rayonunun Birinci Şahsevən kəndində dəfn edilib.