İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, məhəllə 3067 ünvanında "Uğur-ÇB" istehsalat müəssisəsinə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı çörəyin müvafiq reseptura və texnoloji təlimat olmadan istehsal edildiyi, habelə çörəyin laborator müayinədən keçirilmədən satıldığı müəyyənləşdirilib.Nazirliyin mətbnuat xidmətindən verilən məlumata görə, qanun pozuntusuna yol vermiş təsərrüfat subyekti barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcək.