Daha bir dayə vəhşiliyi - VİDEO - 18+

Daha bir dayə vəhşiliyi -  VİDEO - 18+
Bütün Xəbərlər
08:51 14.02.2013
1642
Rusiyanın Krarsnoyarsk vilayətində 9 aylıq uşağa qarşı vəhşicə rəftar edən dəya barəsində məhkəmə qərar qəbul edib. Məlumata görə, barəsində ictimai xidmətlərdə 3 ay icbari əmək fəaliyyəti qərarı verilən 55 yaşlı dayə eyni zamanda 100 000 rubl (2 580 manat) cərimə olunub. Qərarı dəyərləndirən Rusiya Federasiyası prezidentinin uşaq hüquqları üzrə müvəkkili Pavel Astaxov dayəyə daha ağır cəza verilməli olduğunu deyib. “Bir körpə atası kimi belə bir insanın təcrid edilməsini istəyərdim. Özünü müdafiə edə bilməyən körpəyə qarşı belə rəftar qeyri-insani bir hərəkətdir”.Körpənin anası isə şokda olduğunu bildirib. “Həftədə sadəcə 4 gün işləyir və həftəyə 5 000 rubl (təx. 130 manat) verirdik. Onu öz hesabımıza Türkiyəyə tətilə də aparmışdıq. Orda da uşaqlarımıza baxdığı üçün pulunu ödəmişdik. Baş verənlərin şokundan çıxa bilməmişəm”.
OXŞAR XƏBƏRLƏR