Daha bir əsgərimiz öldü

Daha bir əsgərimiz öldü
Bütün Xəbərlər
17:26 30.07.2012
1362
Azərbaycan Ordusunda ölüm hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri, 1992-ci il təvəllüdlü Orxan Qəhrəman oğlu Abbasov hərbi hissədə aldığı güllə yarasından həlak olub. İlkin məlumata görə, əsgər yoldaşının silahla ehtiyatsız davranması nəticəsində açılan atəş Q. Abbasova dəyib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev APA-ya faktı təsdiqləyib. Məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR