Azərbaycan Ordusu daha bir əsgərini itirib. Hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən hərbi hissəsində baş verib. Təmas xəttində xidmət edən əsgər Murad Ağakərimli posta olarkən xidməti silahı ilə özünü vurub. Nəticədə o, aldığı güllə yarasından vəfat edib.