Daha bir əsgərimizi itirdik

Daha bir əsgərimizi itirdik
Bütün Xəbərlər
10:39 18.12.2015
1015
Dövlət Sərhəd Xidmətinin Göytəpə sərhəd dəstəsinin əsgəri güllələnib.
AZXEBER.COM Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən xəbər verir ki, Cəlilabad rayonu ərazisindəki sərhəd zastavasında sərhəd xidmətində olarkən 2014-cü ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış əsgər Yusifov Elnur Şövkət oğlu dekabrın 16-da, saat 15:45 radələrində silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində ona təhkim olunmuş avtomat silahdan açılan təsadüfi atəş nəticəsində vəfat edib.
Fakt üzrə Dövlət Sərhəd Xidməti və Respublika Hərbi Prokuror­luğu tərəfindən birgə araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR