Daha bir gəlin toy günü qaçdı – Bəy də acığa həmin gün başqa qızı qaçırdı (ÖZƏL)

Daha bir gəlin toy günü qaçdı – Bəy də acığa həmin gün başqa qızı qaçırdı (ÖZƏL)
Bütün Xəbərlər
17:50 26.08.2014
3514

Cəlilabad rayonunda gəlin toydan qaçıb.

AZXEBER.COM-un məlumatına görə hadisə Cəlilabad rayonunun Günəşli kəndində baş verib. Kənd sakinlərinin portalımıza verdiyi məlumata görə, 1 il nişanlı qalan qız  oğlan toyuna saatlar qalmasına baxmayaraq, başqa bir oğlana qoşularaq qaçıb.

Sakinlərin sözlərinə görə qız azyaşlı olmayıb. Onun kiminlə qaçması isə hələlik məlum deyil.

Maraqlı olan məqam isə, toy günü bəyin də başqa bir qızı qaçırtması olub. Belə ki, gəlinin qaçdığını eşidən oğlan toyu təxirə salmamaq üçün kəndin subay qızlarından birini qaçırdaraq toyunu edib. 

OXŞAR XƏBƏRLƏR