Daha bir güləşçimiz mübarizəyə qoşulur

İDMAN
08:33 07.08.2012
1583

Bu gün XXX London Yay Olimpiadasında daha bir güləşçimiz döşək üzərinə çıxacaq.

AZXEBER.COM-un məlumatına görə, 96 kq çəki dərəcəsində milliləşdirilmiş legionerimiz Şalva Qadabadze qüvvəsini sınayacaq.

Mübarizəyə 1/8 finaldan qoşulacaq Qabadze rusiyalı Rüstəm Totrovla üz-üzə gələcək. Həmin qarşılaşma Bakı vaxtı ilə 17:30-da başlayacaq.

Qeyd edək ki, yunan-Roma güləşçilərimizdən ikisi Rövşən Bayramov (gümüş) və Emin Əhmədov (bürünc) medal qazandıqları halda, digər iki təmsilçimiz Həsən Əliyev və Saman Təhmasibi isə olimpiadanı mükafatsız başa vurublar. 

OXŞAR XƏBƏRLƏR