Daha bir jurnalist öldürüldü

Daha bir jurnalist öldürüldü
Bütün Xəbərlər
09:35 13.06.2011
1802

AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, Olea Filippinin cənubunda motosikletlə işinə gedərkən şəxsiyyəti naməlum şəxslər iki dəfə atəş açaraq onu öldürüblər. Məlumata görə, jurnalist hücuma işi ilə bağlı məruz qalıb. 

Oleanın həyat yoldaşı ərinin tez-tez ölümlə hədələndiyini deyib. Olea korrupsiyaya qarşı mübarizə xarakterli şərhləri ilə tanınırdı.

Beynəlxalq Jurnalistləri Qoruma Komitəsinin məlumatlarına görə, dünyada jurnalistlər üçün ən təhlükəli ölkələr arasında olan Filippin İraq və Somalidən sonra üçüncüdür. Burada 1986-ci ildən bu yana öldürülən jurnalist sayı 145-i keçib.

 

OXŞAR XƏBƏRLƏR